Siyasət
İsrail səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşüb

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə görüşüb.
APA-nın xəbərinə görə, səfir bu barədə “Twitter”də bildirib.
Görüşdə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan-İsrail arasındakı münasibətlər və ictimai diplomatiya müzakirə olunub.