İdman

İspaniyalı hücumçu “Qarabağ”a qarşı oynaya bilər

“Qəbələ”nin futbolçusu Fernan Lopes Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında “Qarabağ”a qarşı oynaya bilər.

“Report” əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı hücumçu komanda ilə məşqlərə başlayıb.

Digər zədəlilərdən Omar Hani müalicəsini davam etdirir. Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq. Qəbələdəki ilk görüşdə “köhlən atlar” 3:1 hesablı qələbə qazanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button