Dünya

İŞİD İraqda silahlı hücum törədib, ölənlər və yaralananlar var

İŞİD terror qruplaşması silahlılarının İraqın şərqindəki Diyala əyalətində kəndə silahlı hücumu nəticəsində azı 12 nəfər ölüb, daha 15 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli “SHAFAQ News” xəbər portalı məlumat yayıb.
Məlumata görə, hadisə Bağdaddan təxminən 110 km məsafədə yerləşən Əl-Mikdadiya şəhəri yaxınlığında baş verib. İŞİD yaraqlıları kiçik Əl-Rəşad kəndində bir qrup gəncə hücum edib, həmçinin bu kənddəki yaşayış binalarını müxtəlif növ silahlardan atəşə tutmağa başlayıblar. Cinayətkarlara müqavimət göstərən İraq hərbçiləri kəndə gəldikdən sonra terrorçular geri çəkilməyə məcbur olublar.
Portalın bölgədəki mənbəsi qeyd edib ki, zərərçəkənlərin sayı arta bilər, çünki indiyədək xəsarət alan yerli sakinlərin yalnız bir hissəsi yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
00:16
İŞİD silahlıları İraqın şərqində Diyala əyalətindəki kəndlərdən birinə hücum edib.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Hücum nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.
Məlumata görə, daha 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button