İqtisadiyyat

İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı böyük layihə həyata keçiriləcək.
APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarının idarə olunması şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
Bununla bağlı artıq hökumətə təkliflər təqdim olunub.
“Ölkənin su ehtiyatları təqribən 1970-1980-ci illərdə qiymətləndirilib. Su ehtiyatlarımızın qiymətləndirilməsi ilə bağlı layihələr hazırlanır. Bu, bilavasitə işğaldan azad olunan ərazilərə şamil olunacaq. Sözügedən ərazilərdə formalaşan 2 mlrd. kubmetrə yaxın su ehtiyatları var. Həmin su ehtiyatlarının səmərəli istifadəsi, onların miqdarının nəzarətdə saxlanılması, çirklənməsinə nəzarət olunması nazirliyin səlahiyyətlərinə aid olan məsələlərdir”, – deyə M. Əbdülhəsənov qeyd edib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button