İqtisadiyyat

İşğaldan azad olunmuş ərazilər üzrə KOBİA-ya 800-dək biznes müraciət daxil olub

İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialına malik olması həmin ərazilərdə müxtəlif sahələri əhatə edəcək yeni biznes layihələrinin reallaşmasına və sərmayələrin cəlb edilməsinə şərait yaradır.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Caspian Energy Club”ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirakı zamanı deyib.
Onun sözlərinə görə, 2020-ci ilin dekabr ayından etibarən Agentlik işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən müraciətləri qəbul etməkdə davam edir.
“İndiyədək işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin, 28 ölkədən 226 layihə təqdim edilib. Bunlardan Türkiyə, Rusiya, İsrail və Qazaxıstandan daxil olan müraciətlər üstünlük təşkil edir”, – O. Məmmədov qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button