İqtisadiyyat

İşğaldan azad olunan ərazilərdəki su anbarlarında tikinti-bərpa işlərinə başlanılır

Azərbaycanın işğaldan azad olunan ərazilərində yerləşən su anbarlarında geniş tikinti-bərpa işlərinə başlanacaq.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021” tədbirində çıxış edən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib.
Onun sözlərinə görə, gələn ilin sonunda bu anbarlarda bütün təmir-bərpa işləri başa çatacaq və həmin sulardan tam şəkildə istifadə olunacaq.
“Hazırda Qarabağ və Şərqi Zəngəzurda 618 mln. kubmetr tutumu olan 9 su anbarı mövcuddur. Təkcə Suqovuşan su anbarından 183 mln. kubmetr su götürülüb. Aşağı köndələn su anbarından təqribən 5 mln. kubmetr su götürülüb. Ağdam rayonu ərazisində Xaçınçay su anbarı mövcuddur ki, oradan da 4 mln. kubmetrə yaxın sudan istifadə olunub. Qeyd olunan anbarlarda bərpa işləri aparılmalıdır ki, bununla bağlı yaxın günlərdə tender elan olunacaq”, – deyə R. Aslanov qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button