İşğaldan azad olunan ərazilərdə əkin üçün 130 min hektar yer ayrılıb

Bu günə olan məlumata görə, Azərbaycanın işğaldan azad olunan rayonlarında (Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Fizuli, Tərtər, Xocavənd və Laçın) çoxillik əkmələr üçün 2 041,8 hektar ərazi ayrılıb.
Bunu “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, qeyd olunan rayonlarda ayrılan ərazilərin 127 477 hektarı əkinlərə yararlı sahələr kimi müəyyən olunub: “Ərazilərin əksəriyyəti minalardan təmizlənməlidir, ondan sonra əkin proseslərinə başlanacaq”.
Çoxillik əkmələr və əkin üzrə müəyyən olunan sahələr:
Rayon
Çoxillik əkmələr (ha)
Əkin sahələri (ha)
Cəbrayıl
425,72
22 559
Qubadlı
186,74
14 148
Ağdam
779,32
32 061
Zəngilan
80,72
9 140
Fizuli
56,173
23 669
Tərtər
–
11 400
Xocavənd
513,13
9 300
Laçın
–
5 200