İqtisadiyyat

İşğaldan azad edilən ərazilər 2022-ci ilədək elektrik enerjisi ilə tam təmin oluna bilər

Bu ilin sonunadək Azərbaycanın işğaldan azad edilən torpaqlarının bütün ərazisini elektrik enerjisi ilə təmin etmək əsas hədəflərdən biridir.
“APA-Economics” xəbər verir ki, bunu 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Karabakh”) və 26-cı Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild 2021”) sərgilərinin açılışında çıxış edən energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, bu hədəflərə uyğun olaraq Laçın, Kəlbəcər və Suqovuşanda 20 meqavat gücündə dörd stansiyadan üçü bərpa edilib.
“110 kilovoltluq 9 stansiyanın quraşdırılması işləri demək olar ki, yekunlaşıb. Bölgənin qaz təminatı isə dörd mərhələdə həyata keçiriləcək”, – deyə E. Soltanov qeyd.
O həmçinin əlavə edib ki, işğaldan azad olunan ərazilərdə 7 200 meqavatlıq günəş və 2 000 meqavatlıq külək potensialı mövcuddur.
“Beynəlxalq investorlar tərəfindən Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyanın tikintisi üzrə araşdırma işləri davam etdirilir və Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək enerjisi ilə əlaqədar maraq sorğusu artıq investorlara göndərilib. Energetika Nazirliyi bu ərazilərdə bağlı “yaşıl enerji” zonasını konsepsiyasını hazırlayaraq hökumətə təqdim edib. Yekunda bu konsepsiya baş plana çevriləcək və detallı şəkildə bölgədə həyata keçirilməyə başlayacaq”, – nazir müavini qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button