Mədəniyyət

İsfar Sarabski Brüsseldə Zəfər Günü münasibətilə konsert verib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə Brüsseldə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Victory” adlı konsert proqramı keçirilib.

Komitədən verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdə “İsfar Sarabski trio” çıxış edib. Azərbaycanın Əməkdar artisti, virtuoz fortepiano ifaçısı İsfar Sarabskini kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşin müşayiət edib.

İzləyicilərin alqışları ilə müşaiyyət olunan konsert diqqətləri bir daha Azərbaycanın Qarabağda qazandığı misilsiz qələbəyə yönəldib.

Konsertdə 300-ə yaxın qonaq iştirak edib. Azərbaycan Respublikasının Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, Qətər dövlətinin Belçikadakı səfiri, Küveyt,Malaziya, Avstriyanın Belçikadakı səfirliklərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının NATO yayında diplomatik nümayəndəliyinin təmsilçiləri də konsertdə iştirak edənlər arasında olub.
Konsert çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button