Cəmiyyət

İşçilərin hüquqlarının pozulması minumuma endiriləcək

Bundan sonra “Əmək və Məşğulluq” altsisteminə daxil olan bütün vakansiyaların hər birini sistemdə görmək mümkün olacaq.

Trend-in məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında bildirib: “İşaxtaran özü haqqında bütün məlumatları qeyd edəcək, işə götürən də öz tələblərini daxil edəcək. Bundan sonra insan amili olmadan iş axtaranlar şəffaf şəkildə istədikləri işi tapa biləcəklər.

Bu sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək. Əmək bazarının bütün meyilləri formalaşacaq”, – Sgentlik sədri qeyd edib.

M.Abbasbəyli virtual peşə hazırlığı mərkəzinin yaradıldığını da vurğulayıb. O, deyib ki, insanlar hər hansı yerə getmədən peşə seçə biləcəklər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button