İdman
İsa Rüstəmov ağır atletika üzrə Azərbaycan çempionu olub

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
Kişilər arasında bu gün körpücük üzərinə son olaraq çəkisi 67 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 270 kq (125+145) çəkinin öhdəsindən gələn İsa Rüstəmov qızıl medala sahib çıxıb. Toplam 260 kq (115+145) nəticə ilə Ravin Alməmmədov ikinci, toplam 223 kq (100+123) nəticə ilə Rəhim Kazımov üçüncü yeri tutublar.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | İsa Rüstəmov | 1999 | Goranboy | Zirvə | 66.00 | 125 | 145 | 270 |
2. | Ravin Alməmmədov | 2006 | Qazax | UGİM | 66.50 | 115 | 145 | 260 |
3. | Rəhim Kazımov | 2004 | Xırdalan | Zirvə | 65.90 | 100 | 123 | 223 |
4. | Fuad Həsənov | 2003 | Lənkəran | UGİM | 62.30 | 100 | 118 | 218 |
5. | Çingiz Abdullazadə | 2004 | Lənkəran | Təhsil | 65.20 | 97 | 117 | 214 |
6. | Heydər Yusifov | 2004 | Goranboy | Təhsil | 64.20 | 100 | 110 | 210 |
7. | Nihat Vəliyev | 2006 | Gəncə | Təhsil | 64.60 | 88 | 105 | 193 |
8. | Kənan Rəhimov | 2004 | Gəncə | ADAU | 64.00 | 85 | 106 | 191 |
9. | Nəcəf Nəcəfov | 2006 | Qobustan | UGİM | 65.70 | 79 | 110 | 189 |
10. | Dilavər Süleymanov | 2006 | Bakı | Zirvə | 66.10 | 77 | 103 | 180 |
11. | Vüsət Quliyev | 2004 | Sumqayıt | MOİK | 65.90 | 80 | 95 | 175 |
12 | Fərid Mərdanov | 2006 | Sumqayıt | Zirvə | 65.40 | 79 | 93 | 172 |
13. | Xəyal Babayev | 2007 | Bakı | Təhsil | 69.20 | 75 | 85 | 160 |
14. | Məmməd Əhmədzadə | 2007 | Xırdalan | Zirvə | 66.20 | 72 | 86 | 158 |
15. | Fərid Bağırov | 1997 | Bakı | MOİK | 65.60 | 90 | – | – |
16. | Məhəmməd Həsənov | 2006 | Gəncə | Təhsil |