Dünya

İraqda terrorçular zərərsizləşdirilib |

Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalındakı “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatı zonalarında PKK-nın bir neçə terrorçusunu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, artilleriyaçılar “Pençe-Şimşek” əməliyyatı zonasında 3 terrorçunu zərərsizləşdiriblər, daha 1 terrorçu aviasiyanın zərbəsi ilə “Pençe-Yıldırım” əməliyyatı zonasında məhv edilib.
Nazirlik regionda antiterror əməliyyatının qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button