Dünya

İraqda keçirilən parlament seçkilərinin ilkin nəticələri bu gün açıqlanacaq

İraq seçicilərinin az qismi bazar günü parlament seçkilərində səs veriblər. Səsvermənin ilkin nəticələrinin bu gün açıqlanacağı gözlənilir.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, yekun nəticələr on gün sonra məlum olacaq.
İlkin məlumatlara görə, seçkilərdə fəallıq yüksək olmayıb. İraqın Seçki Komissiyası seçki məntəqələrinin bağlanmasından üç saat əvvəl seçicilərin cəmi 30 %-nin səsvermələrdə iştirak etdiyini açıqlayıb.
Qərb KİV-i qeyd edib ki, seçkilərin nəticələri barədə əvvəlcədən xəbər vermək çətindir. Eyni zamanda hazırkı baş nazir Mustafa əl-Kadiminin hakimiyyətlə qala biləcəyi məlum deyil.
Səsvermənin gedişini Avropa Birliyindən və BMT-dən olan müşahidəçilər də izləyiblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button