Dünya

İraqda İŞİD-in hücumu nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var

İraqda İŞİD terrorçularının hücumu nəticəsində azı 5 nəfər ölüb, daha 4-ü yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Shafaq news” portalı məlumat yayıb.
Hadisə Baakuba əyalətinin inzibati mərkəzi yaxınlığındakı El-Abbara qəsəbəsi ərazisində baş verib.
Məlumata görə, silahlılar əvvəlcə yol kənarına qoyulan partlayıcı qurğunu işə salaraq, yük maşınını partladıblar. Təhlükəsizlik qüvvələri hadisə yerinə gələn vaxt snayperlər onlara atəş açıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button