Dünya

İraqda 260-a yaxın terrorçu məhv edilib

Son 17 ay ərzində İraqın terrorla mübarizə bölmələri ölkədə fəaliyyət göstərən 260-a yaxın silahlını zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə INA xəbər agentliyi məlumat yayıb.
Sözügedən müddət ərzində 487 əməliyyat həyata keçirilib, nəticədə 257 terrorçu məhv edilib.
Əməliyyatlar zamanı həmçinin 472 terrorçu saxlanılıb, 377 hərbi sığınacaq dağıdılıb.
Bununla yanaşı, döyüş aviasiyası terrorçuların sığınacaqlarına 600-dən çox zərbə endirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button