Dünya

İranlı diplomat: “Qarabağ münaqişəsinin başa çatması regionda iqtisadi əməkdaşlığa təkan verəcək”

“İran, Azərbaycan, Rusiya Şimal – Cənub dəhlizinin təməlini qoyaraq çox mühüm iş görüblər”.
Bunu “Report”a İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
Səfirin fikrincə, hazırda üç ölkə arasındakı əməkdaşlıq uğurla inkişaf edir: “Ölkələrimiz arasındakı birgə fəaliyyətlər mütləq lazımi nəticə verəcək. Hazırda məsələn, dəmir yolları və avtomobil yolları sahəsində əməkdaşlığımızı genişləndiririk. Ümidvarıq ki, Rəşt – Astara dəmir yolunun tikintisini yaxın vaxtlarda başa çatdıra bilərik”.
Diplomat həmçinin Qarabağ münaqişəsinin sona çatması ilə qonşu ölkələr arasında iqtisadi əməkdaşlığın daha da genişlənəcəyinə inandığını da dilə gətirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button