Siyasət

İrandan Füzuli Beynəlxalq Hava Limanına ilk reys həyata keçirilib

İrandan Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə reysi həyata keçirilib.

“Report” xəbər verir ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərıik etdiyi nümayəndə heyətini daşıyan avialayner Füzulidə eniş edib.

Nümayəndə heyətini Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, İranın Azərbaycandakı Seyid Abbas Musəvi və digər rəsmilər qarşılayıblar.

***

“İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri birbaşa Azərbaycanın Füzuli şəhərindən başlayıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə tviterdə yazıb.

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

O qeyd edib ki, Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button