Dünya

İranda hərbi təyyarə qəzaya uğradı – 3 nəfər ölüb

Təbriz şəhərində İran Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Bu barədə xarici KİV-lər məlumat yayıb. 

Qeyd  olunur ki, hadisə nəticəsində üç nəfər həlak olub. Təyyarə məktəb binasının üzərinə düşüb. Həlak olanlardan ikisi pilot, bir nəfər sakin olub.

Qəzaya uğrayan təyyarə “F-5” təlim təyyarəsi olub. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button