Dünya

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbə şəhərində keçirilən zirvə görüşündə İranla əməkdaşlıq sənədi imzalanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu sənəd İranın təşkilata tam üzvlüyə qəbulu üçün müvafiq işlərin başlamasını isbat edir. Bununla da ŞƏT üzv ölkələrinin sayı 9-a çatıb.
Qeyd edək ki, 2005-ci ildə ŞƏT-də müşahidəçi statusu əldə edən İran 2008-ci ildə tam üzvlüyə qəbul üçün ərizə versə də, 2015-ci ilədək BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyalara görə bu məsələ baş tutmayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button