Dünya

İran Prezidenti ilk xarici səfərini Tacikistana edəcək

İran Prezidenti İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Tacikistana səfər edəcək.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 13-də həftəlik mətbuat konfransında bildirib.
Səfər çərçivəsində bir sıra görüşlərin keçiriləcəyi də gözlənilir. Rusiya Prezidenti Vladimir Putinin də tədbirə qatılacağı planlaşdırılıb. Odur ki, İran və Rusiya prezidentlərinin görüşəcəyi də gözlənilir.
Qeyd edək ki, bu, prezident kimi İbrahim Rəisinin ilk xarici səfəridir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button