İqtisadiyyat

İran neft sənayesinə 145 mlrd. dollar yatırmaq niyyətindədir

İran hökuməti yaxın bir neçə il ərzində ölkənin neft sənayesinə təxminən 145 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırmaq niyyətindədir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Cavad Oruci deyib.
Onun sözlərinə görə, ölkə neft sənayesinə sərmayə qoymaq istəyən yerli və xarici investorlar üçün açıqdır.
“Önümüzdəki 4-8 il ərzində neft hasilatı və emalı sənayesinin inkişafına təxminən 145 mlrd. dollar sərmayənin yatırılması planlaşdırılır. Buradan neft sənayesinə (İranın – red.) sərmayə qoymaq istəyən yerli və xarici investorları salamlayırıq”, – C. Oruci qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button