Dünya

İran MAQATE müfəttişlərini nüvə obyektinə buraxmayıb

“İran əvvəlcədən əldə edilmiş razılaşmalara baxmayaraq, agentlik müfəttişlərinin müşahidə kameralarını yoxlamaq üçün Kərəc şəhərində yerləşən obyektinə girməsinə icazə verməyib”.
“Report” xəbər verir ki, bu barədə MAQATE məlumat yayıb.
“Baş direktor Rafael Qrassi vurğulayır ki, rəsmi Tehranın agentliyin işçilərinə Kərəcdəki santrifuq komponentlərinin istehsal edildiyi TESA kompleksindəki obyektə giriş izninin verməməsi ilə bağlı qərarı İranın vitse -prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə baş direktorun 12 sentyabrda yaydığı birgə bəyanatın şərtlərinə ziddir”-məlumatda vurğulanır.
Qeyd edək ki, 12 sentyabr bəyanatına əsasən İran MAQATE müfəttişlərinə nüvə obyektlərində olan müşahidə kameralarını təkrar istifadəsinə icazə verəcəkdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button