Siyasət

İran Azərbaycanla quru sərhədlərini açır

İran qonşu ölkələrlə, o cümlədnə Azərbaycanla quru sərhədlərini yenidən açır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

Ə.Vəhidi deyib ki, koronavirusun Omicron ştamına görə 15 gün öncə bağlanan sərhədlər yenidən açılıb və qonşu ölkələrin vətəndaşları İrana gediş-gəliş edə bilər.

O qeyd edib ki, İrana səfər üçün qonşu ölkələrin vətəndaşları PCR testi verməlidir.

Vəhidi bildirib ki, koronavirusun nəzarətə götürüldüyü bəzi ölkələrdən də hava nəqliyyatı ilə İrana səfər məhdudiyyəti aradan qaldırılıb. Lakin bəzi Avropa ölkələri o cümlədən Britaniya və Fransadan İrana hava nəqliyyatı ilə səfər hələki qadağandır.

Qeyd edək ki, İran 2021- ci il dekbarın 25-dən koronavirusun Omicron ştamının yayılması səbəbilə sərhədləri bağlamışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button