Dünya

İrakli Qaribaşvili: “Gürcü Arzusu” yerli seçkiləri udub”

“İlkin məlumatlara əsasən, biz bütün bələdiyyələrdə qalib gəlmişik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
O, seçicilərə səsvermədə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
“İkinci turda qələbə münasibətilə sizi təbrik edirəm. Seçkilər çox yaxşı və sakit mühitdə keçib”, – İ.Qaribaşvili deyib.
Baş nazir “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladzeni Tbilisi meri seçilməsi münasibətilə təbrik edib.
Qeyd edək ki, “Gürcü Arzusu”nun liderləri və tərəfdarları partiyanın Tbilisidəki baş ofisinin qarşısında seçkilərdə qələbəni qeyd edirlər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button