İqtisadi rayonların rabitə xidmətlərindən gəlirləri üzrə reytinqi

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 8,854 min manat və ya 1,7% üstələyərək 526 951,6 manat təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə sahə üzrə əldə olunan gəlirin 79,6%-i və ya 419 678,8 min manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu, 2020-ci ilin göstəricisindən 10,600 min manat və ya 2,6% çoxdur.
Cari ilin ilk üç aylarında xidmətlərin cəmindən əhaliyə göstərilən rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 27 455,2 min manat və ya 7,4% üstələyərək 398 931,2 min manat təşkil edib.
Ölkə üzrə 2020-ci ildə informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirin 88,4%-i və ya 465 862,8 min manatı Bakının payına düşüb. Bu 2020-ci ilin göstəricisindən 2 744,7 min manat və ya 0,6% azdır.
Azərbaycanın iqtisadi rayonları üzrə informasiya və rabitə xidmətlərinin dəyəri:
#
Regionlar
Yanvar-mart, 2021-ci il, min manat
Әvvәlki ilə nisbәtәn, %
1
Abşeron iqtisadi rayonu
29 322,8
140,4
2
Gəncə-Qazax iqtisadi rayonu
4 328,0
107,6
3
Şəki-Zaqatala iqtisadi rayonu
2 671,0
117,9
4
Lənkəran iqtisadi rayonu
2 184,7
109,6
5
Quba-Xaçmaz iqtisadi rayonu
1 607,9
110,4
6
Aran iqtisadi rayonu
4 892,4
114,1
7
Yuxarı Qarabağ iqtisadi rayonu
494,6
120,2
8
Kəlbəcər-Laçın iqtisadi rayonu
–
–
9
Dağlıq Şirvan iqtisadi rayonu
887,3
112,4
10
Naxçıvan iqtisadi rayonu
14 700,1
109,9