Gündəm

İqor Korotçenko: “Şuşa terroru ilə bağlı Paşinyandan rəsmi açıqlama gözləyirik”

“Azərbaycanın Şuşa şəhəri yaxınlığında törədilən terror hücumunun təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb olunmalı, erməni terrorçusu Bakıya gətirilməlidir”. Bunu Şuşadakı mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

“Azərbaycanlı hərbçilərin və Rusiya sülhməramlılarının həyatını təhlükəyə atan bu terror hücumuna dair Paşinyan tərəfindən rəsmi açıqlama gözləyirik. Bu hücumun məqsədi sülhməramlıları Azərbaycan hərbçiləri ilə qarşı-qarşıya qoymaqdır. Bu xəstəlik artıq yan fəsadları verir, bu kimi hücumlar gələcəkdə də baş verə bilər”, – ekspert vurğulayıb.

O, erməni terrorçusunun Şuşaya Laçın dəhlizi vasitəsilə gəldiyini deyib: “Burada pasport yoxlanışı aparmaq məsələsi yoluna qoyulmalı, Ermənistan vətəndaşlarının gəliş-gedişi barədə Azərbaycan tərəfinə məlumat verilməlidir”.

İ.Korotçenko məlum üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsi, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim etməsi üçün Ermənistana siyasi və iqtisadi vasitələrlə təzyiq göstərməyin vacibliyini diqqətə çatdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button