İqtisadiyyat

İnvestisiya şirkətləri 2022-ci il üçün nəzərdə tutulan tədbirləri müzakirə edib

Sayca dördüncü olan Birja Üzvləri ilə Görüş keçirilib.

Fins.az xəbər verir ki,tədbirdə korporativ qiymətli kağızlar bazarında hazırkı aktivlik, cari ildə baş vermiş mühüm hadisələr və 2022-ci ildə görüləcək işlər barəsində müzakirələr aparılıb. Bununla yanaşı tədbirdə kapital bazarı barədə maarifləndirmə görüşlərinin vacibliyi də vurğulanmışdır.

Tədbirdə Paşa Kapital, Unicapital, Azfinance, ABB İnvest, CPM İnvest, İnvest-Az, MFX Trading, PSG Kapital, BTB Kapital, Xalq Kapital investisiya şirkətləri iştirak etmişdir.

Qeyd edək ki, Bakı Fond Birjası tərəfindən birja üzvləri olan investisiya şirkətləri ilə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ilə görüşlər keçirir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button