İqtisadiyyat

İnvestisiya layihələrinin maliyyələşdirilməsinə bu il 61 mln. manatadək güzəştli kredit verilib

Bu ilin yanvar-sentyabr ayları ərzində 1 152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 mln. manat güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondundan (SİF) “APA-Economics”ə verilən məlumata görə, verilən kreditlər hesabına investisiya layihələri üzrə 1 796 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edilən dövr ərzində kreditlərin layihə sayı üzrə 99,7%-i, kreditin məbləği üzrə 92%-i mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə verilib.
İqtisadiyyatın sahələri üzrə verilən kreditlərin layihə sayı üzrə 94,4%-i kənd təsərrüfatı məhsulları istehsalının payına, kreditin məbləğinə görə verilən kreditlərin 83%-i kənd təsərrüfatı məhsullarının istehsalı və sənaye məhsullarının istehsalı və emalının payına düşür.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button