İqtisadiyyat

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EURAlmaniyada hökümətin qurulması gecikdikcə, Avropada iqtisadi və siyasi qeyri-müəyyənliklər də artır. Bu, avronun da ucuzlaşmasına, dollara olan tələbin də artmasına səbəb olur. Təhlillərə əsasən, EUR-USD məzənnəsi 1.16$-ın altında qaldıqca, ucuzlaşma 1.14$-a kimi davam edə bilər. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq əmək bazarına dair önəmli fundamental göstəricilər də proqnozlara ciddi təsir edə bilər.
GBPGBP-USD məzənnəsi də təzyiq altındadır, xüsusilə, təchizat zəncirində yaranan böhran iqtisadi riskləri də artırır. Beləliklə, funt sterlinq 1.35$-ı qırarsa, 1.33$-a kimi ucuzlaşa bilər.
TRYTCMB-nin faizləri aşağı salmağa başlaması ilə USD-TRY məzənnəsi bir qədər artsa da, dinamika zəifləyib və bu, lirənin yenidən bahalaşmağa başlamasını proqnozlaşdırmağa əsas verir. Bunun üçün 8.81TL-nin aşağı qırılmasını gözləmək lazımdır. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button