İdman

“İnter”in futbolçusu İtaliya Super Kubokunda yeni rekorda imza atıb

“İnter” klubunun futbolçusu Aleksis Sançes İtaliya Super Kubokunda yeni rekorda imza atıb.

34 yaşlı hücumçu buna “Yuventus”u 2:1 hesabı ilə məğlub etdikləri görüşdə yiyələnib.

120+1-ci dəqiqədə komandasına qələbə qazandıran çilili forvard turnir tarixinin ən gec qoluna imza atıb.

Əvvəlki rekord Qonsalo İquainə məxsus olub. O, 2014-cü ildə “Napoli”də çıxış edərkən 118-ci dəqiqədə “Yuventus”u məyus edib. Daha sonra Neapol təmsilçisi penaltilər seriyasında qələbə qazanıb – 6:5.

Qeyd edək ki, “İnter” tarixində 6-cı dəfə İtaliya Super Kubokuna sahib çıxıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button