İqtisadiyyat

İnkişaf etmiş ölkələrdə işsizlik iyulda azalıb

Bu ilin iyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ölkələrində işsizlik səviyyəsi əvvəlki aydakı 6,4%-dən 6,2%-ə düşüb.
“APA-Economics”in məlumatına görə, bu barədə OECD-nin açıqlamasında deyilir.
Buna baxmayaraq, bu göstərici əmək bazarına təsir edən COVID-19 pandemiyası başlamazdan əvvəl – 2020-ci ilin fevral ayının səviyyəsindən 0,9 faiz bəndi yüksək olaraq qalır.
İyul ayında OECD ölkələrində işsizlərin sayı 1,6 mln. azalaraq 41,1 mln. düşüb.
Qadınlar arasında işsizlik bir ay əvvəlki 6,6% ilə müqayisədə 6,4%, kişilərdə – 6,3%-ə qarşı 6% olub. Gənclər arasında (15 yaşdan 24 yaşadək) göstərici 0,4 faiz bəndi azalıb – 12,5%-dək.
Avrozonada iyul ayında işsizlik bir ay əvvəlki 7,8%-dən 7,6%-ə enib. Eniş ardıcıl olaraq üçüncü ay qeydə alınır. Avropa İttifaqında bu rəqəm 7,1%-dən 6,9%-ə düşüb.
Avropa xaricinə gəldikdə, Avstraliyada son bir ayda işsizlik 4,9%-dən 4,6%-dək, Kanadada – 7,8%-dən 7,5%-dək, Kolumbiyada – 14,7%-dən 13,7%-dək, Cənubi Koreyada – 3,7%-dən 3,3%-dək, ABŞ-da isə 5,9%-dən 5,4%-dək azalıb.
2021-ci ilin avqust ayı üzrə olan məlumatlara görə, ABŞ-da işsizlik 0,2 faiz bəndi azalaraq 5,2%-ə enib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button