İdman
İngiltərəli futbolçu tvitterdəki paylaşımlarına görə 4 oyunluq cəzalandırılıb

İngiltərənin “Piterboro Yunayted” klubunun futbolçusu Conson Klark-Harris diskvalifikasiya olunub.Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu 4 oyunluq cəza alıb.O, həm də 6200 funt-sterlinq məbləğində cərimələnib. Conson təlim kurslarına da qatılmağa məcburdur. Buna futbolçunun 9 il əvvəl tvitterdəki paylaşımları səbəb olub.İngiltərə Futbol Assosiasiyası forvardın 2012-ci və 2013-cü illərdəki paylaşımlarını araşdırıb. Bunların təhqiredici və nüfuza axmaq təsir edəcəyi müəyyənləşdirilib.Qeyd edək ki, Conson cari mövsümün 8 oyununda 2 qol vurub.