Dünya

İngiltərə Türkiyə üzərindən səyahət qadağasını götürüb

İngiltərə hökuməti koronavirus pandemiyası səbəbindən karantin tədbirləri çərçivəsində başladılan və səyahəti məhdudlaşdıran qırmızı ölkələr sıyahısından Türkiyəni çıxarıb.
“Report” xəbər verir ki, Türkiyə də daxil olmaqla on ölkə üzərində qoyulan qadağa ləğv edilib.
Qərar oktyabrın 4 -dən qüvvəyə minəcək.
Bununla da Türkiyədən İngiltərəyə səyahət edən və ya İngiltərədən Türkiyəyə gedib qayıdanlar 10 günlük karantində qalmayacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button