İdman

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Lids”i darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunda “Mançester Siti” öz meydanında “Lids”i qəbul edib.

Oyun “Mançester Siti”nin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Fil Foden (8-ci dəqiqə), Cek Qriliş (13), Kevin De Bröyne (32, 62), Riyad Mahrez (49), Con Stounz (74) və Natan Ake (78) vurublar.

17 turdan sonra 41 xal toplayan “Mançester Siti” turnir cədvəlində ilk pillədə, 16 xal toplayan “Lids” isə 16-cı pillədə qərarlaşıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button