İdman
İngiltərə Futbol Assosiasiyası FİFA-nın yeniliklə bağlı ideyasına qarşı çıxıb

İngiltərə Futbol Assosiasiyası dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı mövqeyini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları FİFA-nın yeniliklə bağlı ideyasına qarşı çıxıb.
Qurumun rəhbəri Mark Bullinqem bu mövzuda UEFA-nın mövqeyini dəstəkləyib: “Biz bu planların gerçəkləşəcəyinə inanmırıq”.
Qeyd edək ki, bir müddət əvvəl İngiltərə Premyer Liqasının bütün klubları da mundialın iki ildən bir keçirilməsinin əleyhinə çıxıb.