Cəmiyyət

İnfeksionist: “Hazırda Azərbaycanda respirator infeksiyalar geniş yayılmayıb”

“Payız və qış fəslində mövsümi xəstəliklərin yayılması təbiidir. Hazırda respirator infeksiyaların rast gəlmə tezliyi əvvəlki illərdən heç də çox deyil. Hətta keçən il bu sahə üzrə xəstələnmə ötən illərdəkindən az olub”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, ötən il Azərbaycan vətəndaşları qripə qarşı peyvənd edilib: “Qoruyucu tədbirlər eyni zamanda respirator infeksiyaların sayının azalmasına səbəb olub. Yəqin ki, bu il də həmin göstərici artmayacaq. Güman edirik ki, bu il də say çox olmayacaq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button