ManşetSiyasət

İlham Əliyevin Türk Sammitində çıxışı: “Milli ləyaqətimizi bərpa etdik…” -yenilənib

Bu gün noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə ev sahibi ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ardınca Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Türkiyə telekanalları sammitdən çıxışları canlı yayımlayıb.

“Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın işğaldan azad olunmasını sevinclə və qürurla qeyd etdi. Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik. Beynəlxalq hüququ bərpa etdik. Milli ləyaqətimizi bərpa etdik. Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim heç vaxt başqa ölkələrin torpağında gözümüz olmayıb”, – prezident İlham Əliyev çıxışında bildirib.

***

“Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına 44 günlük qısa zaman kəsiyində son qoyuldu”,-Ərdoğan Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“Bu, sadəcə azərbaycanlı qardaşlarımız deyil, bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsi nəticəsində illərdir həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qərarları icra olunub. Azərbaycan bu şəkildə beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini inkişaf etdirib”, – deyə dövlət başçısı bildirib.

 

Ərdoğan vurğulayıb ki, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün zəfərin müjdəçisi olub: “Qarabağ Zəfəri ilə sadəcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgədə həsrətini çəkdiyimiz qalıcı sülh, sabitlik və əməkdaşlığa gedən yolun qarşısı açılıb. Bu vəsiləylə əziz qardaşım İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən qürur duyuram və şəhidləri dərin ehtiramla yad edirəm”.

 

***

“Tarixi qərarlara imza atacağımız Zirvə görüşünün ölkələrimiz və bütün insanlar üçün xeyirli-uğurlu olmasını diləyirəm”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“Can Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edirəm”, – Ərdoğan vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button