Siyasət

İlham Əliyev və Əbu-Dabinin vəliəhdi enerji bazarında sabitliyin təmin olunmasını müzakirə ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyan Ukraynada baş verən hadisələr fonunda dünya enerji bazarında sabitliyin təmin olunması barəsində fikir mübadiləsi aparıblar.

Söhbət əsnasında tərəflər beynəlxalq və regional gündəliyə aid olan və qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, martın 22-də Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, xüsusilə iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button