Siyasət

İlham Əliyev daha bir səfiri geri çağırdı – YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

“SAVAŞ” xəbər verir ki, sərəncamla Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. F. Quliyev bu vaxta qədər Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini olub.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button