Siyasət

İlham Əliyev Ərdoğana zəng vurdu

Prezident İlham Əliyev fevralın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə təşəkkür edib.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button