İdman

İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyinə start verilib.

Qol.az xəbər verir ki, 8 gün davam edəcək yarışın ilk gününün gündüz seansında Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Komandamızın heyətində ilk olaraq mübarizəyə Daniel Xolostenko qoşulub. 71 kq çəki dərəcəsində qüvvəsini sınayan ölkə çempionu Andrey Osiyevsçi (Moldova) ilə gücünü yoxlayıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Xolostenko rəqibini vaxtından əvvəl tam üstünlüklə məğlub edib.

Təmsilçimiz 1/8 final mərhələsində macarıstanlı Levent Qemeslə qarşılaşacaq. Görüş aprelin 17-də keçiriləcək.

Millimizin digər üzvü Səid Abdullayev (67 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Həmyerlimiz Samuel Quqliotta (İtaliya) ilə gərgin keçən döyüşdən üstün ayrılıb. O, 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Abdullayev bu mərhələdə türkiyəli Kaan Bilge ilə üz-üzə gələcək. O, ikinci döyüşünə aprelin 16-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa birinciliyində oğlanların yarışında tam heyətlə təmsil olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button