Cəmiyyət

II Qarabağ müharibəsi şəhidlərinin kredit borcları ödənilib

II Qarabağ müharibəsi şəhidlərinin kredit borcları ödənilib.

Trend-in xəbərinə görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Komitə sədri təklif edib ki, I Qarabağ müharibəsi şəhdilərinin də kredit borclarının silinməsi və ya onlara hər hansı bir güzəştlərin edilməsi ilə bağlı məsələyə baxılsın.

“Cəmiyyətdə düşünürlər ki, birinci Qarabağ müharibəsi şəhidlərinə fərqli münasibət var. Ancaq istər qanunvericilik, istərsə də digər məsələlər baxımından heç bir belə fərqli münasibət yoxdur” – deyə, M.Quliyev bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button