İqtisadiyyat

IEA Rusiyanı Avropaya qaz ixracını artırmağa çağırıb

Rusiya Federasiyası Avropa ölkələrinə qaz tədarükü ilə bağlı bütün müqavilə öhdəliklərinə tam riayət edir, lakin yeraltı anbarlarının doldurulmasını təmin etmək üçün Moskva “mavi yanacaq” ixracını artıra bilər.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir.
Qeyd olunur ki, qış mövsümündə Avropanın qəfil soyuqlar və plansız elektrik enerjisinin söndürülməsi kimi stress vəziyyətlərlə qarşılaşması riski var.
IEA hesab edir ki, Rusiya qazın Avropa istehlakçıları üçün əlçatan olmasının genişləndirilməsi üçün daha çox səy göstərə bilər.
“Bu, həm də Rusiyanın Avropa bazarında etibarlı təchizatçı kimi nüfuzunu vurğulamaq üçün bir fürsətdir”, – agentliyin açıqlamasında deyilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button