İqtisadiyyat

IEA builki qlobal neft tələbatının artımı üzrə proqnozunu cüzi azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci il üçün qlobal neft tələbatının artımı üzrə proqnozunu dəyişib.
“APA-Economcs”in IEA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2021-ci il üçün gündəlik neft tələbatının artımı tempini 5,2 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır, bu da iyulda verilən proqnoz ilə müqayisədə 0,1 mln. barel azdır. Beləliklə, neftə olan gündəlik qlobal tələbat cari ildə 96,1 mln. barelədək yüksələ bilər.
Hesabata əsasən, IEA 2022-ci il üçün gündəlik qlobal neft tələbatının artımı üzrə proqnozunu dəyişməyib (3,2 mln. barel).
Tələbin bərpası üzrə proqnozun azaldılmasının səbəbi kimi, Asiyada COVID-19 virusundan yoluxmaların artmasından son üç ay ərzində qlobal neft tələbatın azaldılması göstərilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button