Dünya

İdlibdə silahlı hücumda bir suriyalı əsgər yaralanıb

Suriyanın İdlib vilayətində silahlıların minaatanlardan atəşə tutması nəticəsində bir suriyalı əsgər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Suriyadakı Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit bildirib.
“İdlib əyalətində terrorçuların Əz-Ziar bölgəsindən hökumət qüvvələrinin Sanjeka qəsəbəsi ərazisindəki mövqelərini minaatanlardan atəşə tutması nəticəsində Suriya əsgəri yaralanıb”, – Kulit bildirib.
Onun sözlərinə görə, son sutka ərzində İdlib deeskalasiya zonasında silahlıların mövqelərindən 9 hücum qeydə alınıb.
Kulit vurğulayıb ki, mərkəz qeyri-qanuni silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə və nəzarət etdikləri ərazilərdə vəziyyətin sülh yolu ilə nizamlanması yolunu tutmağa çağırır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button