Cəmiyyət

İDEA sabiq deputatın Bakıda ağacları kəsdirməsi faktını nəzarətə götürüb

İDEA İctimai Birliyi Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları kəsdirməsi faktını nəzarətə götürüb.

“Report”un əldə etdiyi məlumata görə, İDEA İctimai Birliyi tərəfindən bununla bağlı aidiyyəti orqanlarla, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə əlaqə saxlanılıb.

Xidmət isə bu faktın artıq aktlaşdırıldığını və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyini təşkilatın nəzərinə çatdırıb.

Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır.

Xatırladaq ki, N.Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button