İqtisadiyyat

IATA gələn il aviaşirkətlərin itkilərinin kəskin azalacağını proqnozlaşdırır

Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası (IATA) 2022-ci ildə sənayenin koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhrandan tədricən çıxması ilə əlaqədar aviaşirkətlərin itkilərinin əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırır.
“APA-Economics”in IATA-ya istinadən verdiyi məlumata görə, 2022-ci ildə aviaşirkətlərin xalis zərərləri 11,6 mlrd. ABŞ dollarına enəcək ki, bu da cari il üçün verilən proqnoz göstəricisi ilə müqayisədə 4,5 dəfə azdır.
Qeyd olunur ki, cari ildə itkilərin 51,8 mlrd. dollar səviyyəsində olacağı ehtimal edilir, bu da apreldə verilən proqnozla (47,7 mlrd. dollar) müqayisədə 4,1 mlrd. dollar çoxdur.
Bildirilir ki, ötən il qlobal bazarda aviaşirkətlərin itkiləri 137,7 mlrd. dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button