İqtisadiyyat

“I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr veriləcək” – rəsmi

“Birinci Qarabağ müharibəsi əlillərinə, onların vəfat edənlərinin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sosial proqramın icrası üçün hazırlıq işləri aparılır”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış, mükafatlar” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə başçısının müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilən şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq.

Qeyd edək ki, müvafiq fərman ötən ilin dekabr ayında imzalanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button