Dünya

Hulusi Akar İraq və Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

“Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 2015-ci il iyulun 24-dən indiyədək 18 641 terrorçunu zərərsizləşdirib”.
“Report” “CNN Turk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Ateş Serbest – 2021” fəxri müşahidəçilər günü münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu müddət ərzində Suriyanın şimalında birlikdə zərərsizləşdirilən terrorçuların ümumi sayı 32 800-ə çatıb.
“PKK YPG-yə (PKK-nın Suriyadakı qolu nəzərdə tutulur – red.) bərabərdir. Bunu hər kəs bilməli, bilməyənlər də öyrənməlidir. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Yeni müdafiə konsepsiyası olaraq irəli sürdüyümüz məqam terroru və terrorçuları mənbəyində zərərsizləşdirməkdir”, – H.Akar qeyd edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button