Dünya

Hulusi Akar ABŞ-ın Türkiyənin ərazi bütövlüyü ilə bağlı təxribatına reaksiya verib

“Türkiyə olaraq bütün platformalarda dialoq tərəfdarı olduğumuzu deyirik. Yunanıstan tərəfini görüşlərə dəvət edirik. Müzakirələr vasitəsilə problemlərin həll oluna biləcəyinə inanırıq”.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Təəssüf ki, bizim bütün konstruktiv çağırışlarımıza baxmayaraq, Yunanıstanda bəzi siyasilər yunan xalqının da əleyhinə ola biləcək mövqe sərgiləyirlər. Davamlı olaraq iki ölkə arasındakı gərginliyi artırmaq üçün cəhd edir, alova benzin tökürlər. İkinci bir tərəfdən bəzi siyasilərin, təqaüddə olan bəzi diplomatların, hərbçilərin həqiqətləri görməsi bizi sevindirir”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, ABŞ televiziyasında Türkiyənin bir hissəsinin Yunanıstan torpağı kimi göstərilməsi qəbuledilməzdir: “Bu məsələyə ciddi reaksiya verildi. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun şəxsən təşəbbüsü ilə ABŞ telelanalı üzr istəyərək səhvini düzəltdi. Bunlar təxribatların nəticəsində olur. Bunları izləmək, ciddi reaksiya vermək lazımdır. Belə səhvlərin düzəldilməsi üçün bütün səylərimizi göstərəcəyik”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button